Fədayə Laçın və digərlərinə hökm oxundu

Fədayə Laçın və digərlərinə hökm oxundu
  • Manşet / Hadisə

  • Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqların qatardan qaçması ilə bağlı təqsirləndirilən şəxslərə hökm oxunub.

    Bizimyol.info xəbər verir ki, müğənni Fədayə Laçına 5 il azadlıqdna məhrum edilib.

    Təqsirləndirilən Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

    Qatardan qaçan Əli Ağami isə digər cəzası ilə birləşməklə qəti olaraq 20 il azadlıqdan məhrum edilib.

    Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər