“Şərurlu İsfəndiyar”ın oğlunun şirkəti LƏĞV OLUNDU-RƏSMİ

“Şərurlu İsfəndiyar”ın oğlunun şirkəti LƏĞV OLUNDU-RƏSMİ
  • Sosial / Cəmiyyət

  • Azərbaycanda iki tikinti şirkəti birləşib.

    “Vergilər” qəzetin yazdığına görə, “Stil Tikinti” Mənzil-Tikinti Kooperativi “Şərur” Mənzil-Tikinti Kooperativinə qoşulub. “Stil Tikinti” MTK ləğv olunduğunu elan edib.

    “Şərur” MTK isə “Stil Tikinti” MTK-nın ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.

    2004-cü ildə yaradılmış “Stil Tikinti” MTK-nın hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Əcəmi Naxçıvani, ev 3067-ci məhəllə, qanuni təmsilçisi Mehti İsfəndiyar oğlu Axundovdur.

    2001-ci ildə yaradılmış “Şərur” MTK-nın hüquqi ünvanı isə Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli , ev 758-ci məhəllədir. Şirkətin Qanuni təmsilçisi İsfəndiyar Məhəmməd oğlu Axundovdur. (Cebhe.info)
    PAYLAŞ:

    Oxşar xəbərlər