Bakıda kriminal hesablaşma: iki nəfər maşında güllələndi - YENİLƏNİB - VİDEO

Bakıda kriminal hesablaşma: iki nəfər maşında güllələndi - YENİLƏNİB - VİDEO
  • Manşet / Hadisə

  • Bakı şəhəri, Keşlə qəsəbəsində baş verən silahlı insidentlə bağlı bəzi təfərrüat məlum olub.

    Asiya.az xəbərverir ki, report-un əldə etdiyi məlumata görə, hadisə kriminal qruplaşmalar arasında "hesablaşma" zəminində olub.

    "Avro renta car" şirkətinə məxsus avtomobildə əvvəllər məhkum olunmuş 27 yaşlı Tural Babayev və 31 yaşlı Asif Bağırov naməlum şəxs tərəfindən güllələnib. T.Babayev ölüb, A.Bağırov isə yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

    Hadisəni törədən şəxsin tutulmadığı bildirilir.

    Faktla bağlı cinayət işi başlanıb.

    ***

    Gecə saatlarında paytaxtın Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib.

    Asiya.az xəbər verir ki, 10 TO 170 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı maşın arxadan atəş açılaraq saxlanılıb.

    Avtomobildə olan – 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov elə salondaca güllələnib.

    Tural Babayev hadisə yerində dünyasını dəyişib, Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb.

    Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.


    PAYLAŞ:

    Oxşar xəbərlər