“Şahdağ”da faciə - Turist öldü

“Şahdağ”da faciə - Turist öldü
  • Olay

  • Qusar rayonunda Türkiyə vətəndaşı hoteldə ölüb.

    Asiya.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Qusar rayonu ərazisindəki "Şahdağ" Qış-Yay Turizm Kompleksindəki hoteldə qeydə alınıb.

    1966-cı il təvəllüdlü Gök Mehmet Reşid oğlu yanvarın 2-də saat 15 radələrində həyat yoldaşı və dostu ilə hoteldə nahar edərkən qəfil halı pisləşib və dünyasını dəyişib.

    Araşdırmalar zamanı məlum olub ki, Gök Mehmet Reşid oğlu urək-damar xəstəliyindən əziyyət çəkirmiş.

    Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər