Azərbaycanlı tələbə qızları kirayə qaldıqları evdə öldürdü

Azərbaycanlı tələbə qızları kirayə qaldıqları evdə öldürdü
  • Dünya / Hadisə

  • Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşları olan azərbaycanlı tələbə qızları kirayə qaldıqları mənzildə qətlə yetirənin kimliyi məlum olub.

    Asiya.az Milli.Az-a istinadən xəbər verir ki, tibb fakültəsinin ikinci kurs tələbələri Buket Yıldız (20) və Zeynəb Hüseynbəylinin (22) Yıldızın keçmiş sevgilisi olduğu iddia edilən Hüsnü Can K. tərəfindən bıçaqlanaraq öldürülməsiylə bağlı detallar təsdiqini tapıb.

    Polis qızları öldürdükdən sonra iki gün cəsədlərinin yanında qalan, "Rinkov" kimi tanınan qətl şübhəlisi Hüsnü Can Ç.-nin axtarışlarını davam etdirir.

    Şübhəlinin sosial şəbəkə hesablarında "Criminal Case video" oyunu paylaşımları üzə çıxıb.

    Buketin atası "Qızım qatillə 1 il öncə tanış olmuşdu. Hal və davranışları xoşuna getmədiyi üçün onunla görüşmək istəmirdi. Ancaq qatil qızımdan əl çəkmədi" deyib.

    Qohumların dediklərinə görə, qatil sevgili Türkiyədən Ukraynaya Buketi görməyə gedibmiş. Evə girdikdə Buketlə mübahisə edib. Qızlar onu evdən çıxarıblar. Sonra Zeynəb marketə gedib. Qatil küçədə plan qurub. Zeynəbin evdən çıxmağını fürsət bilib, evə daxil olub. Buketi evdə bıçaqlayıb. Zeynəb də marketdən qayıtdığında bıçaqlanıb.

    Hüsnü Can Ç-nin 2 yanvarda Ukraynadan Türkiyəyə "uçduğu" təsdiq edilib.

    Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşları olan azərbaycanlı tələbə qızlardan Buket Yıldızın Hataydakı ailəsi böyük kədər içindədir.

    Atası Levent Yıldız qızının qətlə yetirilməsi ilə bağlı bir sıra məlumatlar verib.

    Tibb təhsili almaq üçün iki ildir Xarkovda rəfiqəsi Zeynəblə qaldığı evdə ölü tapılan Yıldızın atası Türkiyənin AA telekanalının müxbirinin suallarını cavablandırıb.

    Qızıyla hər gün telefonla danışdıqlarını, son iki gündür onlara zəng etməməsindən şübhələndiklərini bildirən ata bunları deyib:

    "Qızım bizə hər gün zəng edərdi. Ona zəng çatmayınca oradakı yaxınlarımıza xəbər verdik və evlərinə getdikdə heç kimin qapını açmadığını bildirdilər. Sonra polisə xəbər verildi və qapı qırılaraq içəri giriblər, qızım və rəfiqəsinin cəsədi ilə qarşılaşıblar. Buket mənim tək qızım, eyni evi paylaşdığı rəfiqəsi də izmirli və o da ailənin tək qızı idi. Çox üzüldüm. Hadisənin detalları ilə bağlı hər hansı bir məlumat ala bilmədik, ancaq bir türk vətəndaşı olan oğlanın onları narahat etdiyini eşitdik. Qızımız bu mövzuda bizə heç nə deməyib".


    Azərbaycanlı tələbə qızları kirayə qaldıqları evdə öldürdü
    Azərbaycanlı tələbə qızları kirayə qaldıqları evdə öldürdü
    PAYLAŞ:

    Oxşar xəbərlər