Tahir İmanovdan Mehmanla bağlı açıqlama – Fotolar

Tahir İmanovdan Mehmanla bağlı açıqlama – Fotolar
  • Sosial

  • Əməkdar artist, məşhur yumor ustası Tahir İmanovun adından facebook sosial şəbəkəsində saxta profil yaradılıb.

    Bu barədə Publika.az-a açıqlamasında əməkdar artistin özü məlumat verib. Tahir İmanov qeyd edib ki, məlum profil saxtadır və orada səsləndirilən çağırışların onunla heç bir əlaqəsi yoxdur:

    “Facebookda mənim adımdan saxta profil yaradılıb. Hansı ki, həmin profildə insanları həbsdə olan blogger Mehman Hüseynovu müdafiə etməyə yönəlik çağırışlar yerləşdirilib.

    Mən bildirirəm ki, sosial şəbəkədəki bu profilin, habelə orada yer alan fikir və çağırışların mənimlə heç bir əlaqəsi yoxdur. Mən Heydər Əliyev ideyalarına sadiq insanam və prezident İlham Əliyevin siyasətini dəstəkləyirəm. Odur ki, mənim belə bir şəxsi müdafiə etməyim mümkün deyil.

    Mənim adımdan saxta profil yaradan, yalan bəyanatlar yayan şəxsləri bu işə son qoymağa çağırıram. Əks təqdirdə hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyəti qarşısında qalacam”.


    Tahir İmanovdan Mehmanla bağlı açıqlama – Fotolar
    Tahir İmanovdan Mehmanla bağlı açıqlama – Fotolar
    PAYLAŞ:

    Oxşar xəbərlər