Özünü yandıran şəxsin vəziyyəti ilə bağlı - Nazirlikdən açıqlama- Yenilənib

Özünü yandıran şəxsin vəziyyəti ilə bağlı - Nazirlikdən açıqlama- Yenilənib "Bakıda özünü polis bölməsinin qarşısında yandıran şəxsin vəziyyəti ağır olaraq qalır".

Asiya.az xəbər verir ki, bu barədə anews.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, Sulutəpə qəsəbəsində 40-cı Polis Bölməsinin qarşısında üzərinə benzin tökərək özünü yandıran 1985-ci il təvəllüdlü Tərlan İslamovun bədəninin 65 faiz hissəsi yanıb.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinə yerləşdirilən T.İslamovun tənəffüs yolları yanıb: "Bədənin müxtəlif nahiyələri yanan həmin şəxs 3-cü dərəcəli yanıq diaqnozu ilə müalicəsini Reanimasiya şöbəsində davam etdirir və vəziyyəti ağırdır"

***

Sulutəpə qəsəbəsində kişi üzərinə benzin tökərək özünü yandırıb.

Hadisə həmin ərazidə yerləşən 40-cı polis bölməsinin qarşısında baş verib.

Bildirilir ki, 1985-ci il təvəllüdlü İslamov Tərlan Arif oğlu bu addımı atmazdan bir müddət öncə polis bölməsinə müraciət edib. Sonra naməlum səbəbdən mübahisə yaranıb.

T. İslamov üzərinə benzin tökərək özünü yandırıb. Onun bu addımı hansı səbəbdən atdığı məlum deyil. Ətrafdakı şəxslər T. İslamovu dərhal Respublika Yanıq Mərkəzinə aparıblar.

Mərkəzin baş həkimi Şöhrət Məmmədovun verdiyi məlumata görə, xəstənin vəziyyəti ağırdır:

"Xəstə çox ağır vəziyyətdə xəstəxanaya gətirilib. Aşağı qurşağa qədər bədənin demək olar ki, 60-65 faizi yanıb. O, reanimasiyada həkim nəzarətindədir. Dediyinə görə özü-özünü yandırıb”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun verdiyi məlumata görə, xəstə ciddi həkim nəzarətindədir:

"Hadisə nəticəsində xəstənin bədəninin 65 faizədək yaxın hissəsi yanıb. Vəziyyəti kritikdir. Reanimasiya şöbəsində həkimlərin ciddi nəzarəti altında saxlanılır”.

///Oxu.Az

Oxşar xəbərlər