Tədrisin iki gün dayandırılması qış tətilindən çıxılacaq? - AÇIQLAMA

Tədrisin iki gün dayandırılması qış tətilindən çıxılacaq? - AÇIQLAMA
  • Sosial

  • Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17 və 18-də təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılmasının şagirdlərin qış tətilinin müddətinə təsir etməyəcək.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

    Məlumatda qeyd edilib ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb:

    “Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur”.

    Qeyd edək ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər