Fərdanın boşandığı arvadı özündən çıxdı: Viski masasında oturan qadın ailəmi dağıtdı

Fərdanın boşandığı arvadı özündən çıxdı: Viski masasında oturan qadın ailəmi dağıtdı
  • Mədəniyyət

  • Aktyor Fərda Xudaverdiyev ilk həyat yoldaşından ayrılıb, ikinci dəfə ailə qurduğunu təsdiqləyib.

    Asiya.az xəbər verir ki, aktyorun ötən gün xəbəri təsdiqləməsi və övladlarının şəklini "Üç aslanım: Mətinim, Aminim, Raulum" başlığı ilə paylaşması ilk xanımı Günel Xudaverdiyevanı özündən çıxarıb.

    Səssizliyini pozan Günel açıqlamasında qalmaqallı sözlər deyib: "Fərda Xudaverdiyevin ilk və əsl həyat yoldaşı olmuşam. Amin və Mətini dünyaya gətirən ana mənəm. 9 illik xoşbəxt ailə həyatım var idi. Qayınanam, baldızım, qayınatamla heç bir problemim olmayıb. Lakin bu qadın, yəni Raulun anası ailəmdə dəfələrlə problem yaradıb. 9 il kənardan bu ailəni dağıtmaq üçün əlindən gələni edib. O qadın dəfələrlə Fərdanın viski masasında olub. Sonda ailəmizin dağılmasında səbəb o və dünyaya gətirdiyi uşaqdır. O uşaq biz ailəli olarkən dünyaya gəlib. Boşanma prosesi noyabrda baş verib. Uşağın 1 yaşı isə martda olacaq. Bu zamana kimi kənardan izləyirdim. Amma dünənki paylaşımlar məni susdura bilməz. O uşaq mənim oğlanlarımın qardaşı deyil, ola da bilməz".

    Qeyd edək ki, F.Xudaverdiyev ilk həyat yoldaşından ötən il boşanıb. Daha sonra ikinci dəfə gizli ailə qurub. Onun üçüncü oğlu 6 ay əvvəl doğulub. (axsam.az)


    Fərdanın boşandığı arvadı özündən çıxdı: Viski masasında oturan qadın ailəmi dağıtdı
    PAYLAŞ:

    Oxşar xəbərlər