Cəfər Cəfərov azadlıqda

Cəfər Cəfərov azadlıqda Asiya İnformasiya Agentliyinin təsisçisi və direktoru Cəfər Cəfərov dünən azadlığa buraxılıb.

Azərbaycan Respublikası Cəzalarının İcrası Məcəlləsinin 70-ci maddəsinin 70.1-ci bəndinə əsasən ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər.

Həmin maddənin 70.2.3-cü bəndinə əsasən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən məntəqə tipli cəzaçəkmə müəssisələrinə cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər.

Məhkumluq həyatı yaşayan "Asiya.az" xəbər portalının baş redaktoru Cəfər Cəfərov da bu hüquqdan yararlanıb. Belə ki, Cəfər Cəfərov məhkəmə tərəfindən ona təyin edilən cəzasının üçdə iki hissəsindən çoxunu çəkdiyi və cəzaçəkmə müəssisəsi tərəfindən müsbət xarakterizə edildiyi üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 1 il 8 ay müddətini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilib.

Asiya.az xəbər verir ki, Cəfər Cəfərov dünən 6 saylı CÇM-dən Masallı rayon 11 saylı məntəqə tipli CÇM-ə köçürülüb və həmin gün onu Masallı rayon Ərkivan qəsəbəsində yerləşən evlərinə buraxıblar.

Oxşar xəbərlər