Cinsi əlaqə ilə keçən 4 yeni bakteriya

Cinsi əlaqə ilə keçən 4 yeni bakteriya
  • Araşdırma

  • Yeni xəstəliklər hər zaman ortaya çıxır.

    Metbuat.az BBC Türkçəyə istinadla bildirir ki, cinsi yolla keçən infeksiyalar da buna bir istisna deyil.
    Jurnalistlər ictimai səhiyyə üçün böyük təhdid təşkil edən 4 yeni bakteriya ilə tanış olub.

    1. Neisseria menengiti

    Meningokok olaraq da bilinən Neisseria menengiyi beynin və onurğanın qoruyucu örtüklərinin infeksiyasına səbəb olan ölümcül bir xəstəlik. Bu xəstəlik getdikcə sidik-tənasül infeksiyaların səbəbi kimi görünür.

    Elm adamları 2015-ci ildə bir neçə ABŞ şəhərində görülən xəstəliyin DNT-sini aldıqda Neisseria tənasül orqanları xəstəliyinin mikrobunun bir qohumu olduğunu fərq etdilər. Bu mutasiya cinsi yolla yoluxan infeksiyanın yayılmasını sürətləndirdi. Neisseria menengitinin beş növü var, ancaq yalnız iki növü üçün peyvənd var.

    2. Mikroplazma genitalium

    Məlum olan ən kiçik bakteriyalardan biri olan mikroplazma genitalium cinsi yolla bulaşan xəstəliklər arasında daha çox yayılandır.

    1980-ci illərdə bu bakteriyanın zəhərli etdiyi insanların sayı daha çox idi.

    3. Shigella flexneri

    Shigellosis, ya da Shigella dizenteriya insan ifrazatına birbaşa təmasla yoluxur.

    İnfeksiya şiddətli qarın ağrıdığından qanlı ishala səbəb olur və bu yolla bakteriyanın yoluxma şansı artır.

    4. Lenfogranüloma venerum (LGV)

    Bu xəstəlik klamidyanın qeyri-adi növlərindən ibarətdir və dəhşətli bir infeksiyaya səbəb olur.

    ABŞ-ın San-fransisko şəhərindəki həkim Kristofer Schiessl LGVNİN əvvəl genital bölgədə müvəqqəti sızanağa, qabarcıq, ya da xoraya səbəb olduğunu, sonra bədənin limfa sistemini işğal etdiyini söyləyir.
    PAYLAŞ:

    Oxşar xəbərlər