Azərbaycanlı xanım müğənni faciəli şəkildə öldü -FOTOLAR

Azərbaycanlı xanım müğənni faciəli şəkildə öldü -FOTOLAR
  • Mədəniyyət / Olay

  • Qax rayonunda yol qəzası baş verib.

    Asiya.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi.

    Faktla bağlı araşdırma aparılır.


    Azərbaycanlı xanım müğənni faciəli şəkildə öldü -FOTOLAR
    Azərbaycanlı xanım müğənni faciəli şəkildə öldü -FOTOLAR
    Azərbaycanlı xanım müğənni faciəli şəkildə öldü -FOTOLAR
    Azərbaycanlı xanım müğənni faciəli şəkildə öldü -FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər