Bakıda kişi sosial şəbəkələrdə tanış olduğu qadını zorladı

Bakıda kişi sosial şəbəkələrdə tanış olduğu qadını zorladı
  • Hadisə

  • Nizami Rayon Məhkəməsində zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlamada ittiham edilən Roman İbrahimovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

    Asiya.az xəbər verir ki, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, təqdimat təmin edilib və R.İbrahimov barəsində 3 ay müddətinə həbs seçilib.

    İttihama görə, R.İbrahimov sosial şəbəkədə Samirə Əliyeva (ad və soyad şərti verilib – red.) ilə tanış olub.

    Daha sonra Roman İbrahimov Samirə ilə görüşməyə başlayıb. Roman Samirəni Bakıda Nizami rayonu ərazisində evlərdən birinə gətirib və orada qanunsuz olaraq saxlayıb.

    R.İbrahimov həmin evdə Samirə ilə dəfələrlə zorla intim əlaqədə olub. Daha sonra o, Samirəyə zorakılıq göstərib və həmin evdə qalmasını tələb edib. Samirə onun tələbini yerinə yetirmədiyi halda Roman onun yaxın qohumlarını öldürməklə hədələyib.

    Roman Samirəni hədələyən zaman silah qismində olan əşyanı nümayiş etdirib. Bu hədələrdən qorxan Samirə həmin evdə qalmağa razı olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər