Ata 17 yaşlı qızını 4 il boyunca zorladı

Ata 17 yaşlı qızını 4 il boyunca zorladı
  • Hadisə

  • Türkiyənin İzmir vilayətinin Konak mahalında 39 yaşındakı T.A. doğma qızına təcavüz etməkdə ittiham olunur.

    Asiya.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 17 yaşındakı qızı G.A.-ya təcavüz edən ataya 36 ildən 44 ilə qədər həbs cəzası verilməsi istənilir.

    Üç uşaqdan ən böyüyü olan G.A.-nın sözlərinə görə, atası ona ilk dəfə 4 il əvvəl təcavüz edib və bu, sonradan davamlı şəkildə davam edib. Qız nəhayət, 5-6 əvvəl bu haqda anasına bildirib.

    “Anam da məni polisə aparmaq istədi, amma qorxduğum üçün əngəl oldum. Çünki atam, “birinə söyləsən, ikimiz də yanarıq, bütün bunlar ölənə qədər aramızda sirr olaraq qalacaq” söyləmişdi. Lakin atam hərəkətlərini davam etdirdiyi üçün polisə şikayət etdim. Onun cəzalandırılmasını istəyirəm”, - qız bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər