Məşhur “Ayrılıq” mahnısının müəllifi vəfat etdi - VİDEO

Məşhur “Ayrılıq” mahnısının müəllifi vəfat etdi - VİDEO Asiya.az xəbər verir ki, bu haqda Dünya Azərbaycanlıları Konqresinin həmsədri, xalq şairi Sabir Rüstəmxanlı məlumat verib və mərhumun ailəsinə başsağlığı diləyib.

Tanınmış şair öz Facebook səhifəsində yazıb ki, “Ayrılıq” mahnısının müəllifi, Güney Azərbaycandan – Ərdəbilin Korabas kəndindən olan şair Fərhad İbrahimi Tehranda dünən dünyasını dəyişib. Mahnının musiqisini Güney Azərbaycanin məşhur tarzəni, bəstəkarı Əli Səlimi bəstələyib. Mahnı Yaqub Zurufçunun ifasında məşhurlaşıb. “Ayrılıq” təkcə Güney Azərbaycanda deyil, Azərbaycan Respublikasında, Türkiyə Cümhuriyyətində, eləcə də, bütün dünyada çox məşhurdur, daim ifa olunur və sevilir.

"Asiya.az" olaraq biz də on milyonlarla soydaşımız arasında mənəvi körpü rolunu oynamış bu gözəl mahnının çox təsirli sözlərinin müəllifi Fərhad İbrahimin vəfatından üzülürük və ailəsinə, bütün xalqımıza başsağlığı veririk!



Oxşar xəbərlər