Qaraciyəri toksinlərdən təmizləyən tərəvəzlərin siyahısı

Qaraciyəri toksinlərdən təmizləyən tərəvəzlərin siyahısı
  • Maraqlı

  • Qaraciyərin yağlanması bir çox hallarda insanın ölümü ilə nəticələnir.

    Asiya.az ölkə.az-a istinadən bildirir ki, qaraciyər problemini həll edən üsullardan biri də bitki və tərəvəzlərlə müalicədir. Siyahını oxucularımıza təqdim edirik.

    Sarımsaq


    Sarımsaq ən yaxşı antioksidantlardan biridir. Qaraciyərin yenilənməsində olduqca vacib qidadır. Sarımsaq qaraciyərdən toksinlərin xaric olunmasını təmin edir. Sarımsağı çiy qəbul etmək məsləhət görülür.

    Avokado

    Avokado sağlam yağ qəbulu üçün ən uyğun tərəvəz sayılır. Xüsusən də tərkibindəki omeqa-6 ilə qaraciyərin yenilənməsini təmin edir və hüceyrələrə müsbət təsir edir. Avokadonu salatlarda və ya üzərinə limon sıxaraq qəbul etmək olar. Amma gün ərzində bir avokadodan çox qəbul etmək məsləhət görülmür. Avokado qaraciyərin yağlanmasının qarşısını alır.

    Üzüm


    Sağlam bir qaraciyər üçün vazkeçilməz qidalardan biri də üzümdür. Üzümün çəyirdəyi də qaraciyərin sağlamlığı üçün vacibdir. Aparılan araşdırmalar zamanı məlum olub ki, üzümün çəyirdəyi zədələnən qaraciyər üçün faydalıdır. Eyni zamanda üzüm qaraciyərin toksinlərdən təmizlənməsinə kömək edir.

    Endiviy

    Endiviy yarpaqları qaraciyərin dostudur və qaraciyəri qoruyur. Salata əlavə etmək və ya dəmləyib çayını da içmək olar. Tərkibində soda, potasium və kalsium var. Qaraciyərdə meydana gələ biləcək problemlərə qarşı effektivdir və qara ciyər funksiyalarını dəstəkləyir. Bundan başqa həzmi də asanlaşdırır.

    Dərman zəncirotu

    Dərman zəncirotunun kökü qaraciyəri müdafiə edir. Qaraciyər funksiyalarını optimallaşdırmaqla yanaşı, digər problemlərin də həllinə kömək edir. Tərkibindəki antioksidantlar toxumalara yığılan toksinləri xaric edir. Bundan başqa yağlı qaraciyər kimi problemləri də həll edir. Həftədə ən azı 3 dəfə çayını içmək məsləhət görülür.

    Kələm

    Qaraciyərin təmizlənməsinə kömək edən qidalardan biri də kələmdir. Kələm qaraciyəri yeniləyir və ziyanlı olan toksinlərin xaric olunmasına kömək edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər