İlham Əliyevdən AZTV ilə bağlı mühüm sərəncam

İlham Əliyevdən AZTV ilə bağlı mühüm sərəncam
  • Sosial / Manşet

  • Prezident İlham Əliyev "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncamda deyilir:

    "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir avadanlıqla təchiz olunması üçün "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.

    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
    PAYLAŞ:

    Oxşar xəbərlər