Prezidentdən nazir müavini ilə bağlı sərəncam

Prezidentdən nazir müavini ilə bağlı sərəncam
  • Siyasət

  • Prezident İlham Əliyev xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Əhməd oğlu Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qeyd edək ki, Mahmud Məmməd-Quliyev 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olub. Sabah onun 70 yaşı tamam olur.
    PAYLAŞ:

    Oxşar xəbərlər