Çiy günəbaxan tumlarından 30 dərdə dərman RESEPT

Çiy günəbaxan tumlarından 30 dərdə dərman RESEPT Ürək xəstəlikləri arteriya və damarların tutulması və qanı yaxşı qovmaması səbəbindən baş verir.

Qədimdən bu xəstəliklərdə effektiv hesab olunan adi, çiy günəbaxan tumları ilə resept tətbiq olunurdu.

Asiya.az medicina.az-a istinadən bildirir ki, günəbaxan tumları B1, E, mineral maddələrlə zəngindir, tərkibində 270 mq fitosteron vardır.

O, qanda xolesterini azaldır, damarları açır. Eləcə də günəbaxan tumları bir sıra xərçəng növlərindən qoruyur, immuniteti qaldırır, qalxanvari vəzinin işini normallaşdırır.

Adi su və günəbaxan tumlarından hazırlanan bu resepti təqdim edirik:

2 stəkan təmiz suyu qaynadın, 100 qr çiy günəbaxan tumlarını ona əlavə edin. Ağzını bağlayıb 2 saat saxlayın, sonra süzüb, tünd şüşə qabda saxlayın. Bu suyu gündə səhər acqarına bir stəkan olmaqla için.

Bu çayı qan dövranında problemi olanlar, xroniki yorğunluqda, damar probleminda qəbul edə bilərsiz.

Sümük problemi, osteoparozda, oynaq ağrılarıdna da bu içki içilməlidir.

Oxşar xəbərlər