Azərbaycanlı məmurların Krımda prokuror olan qardaşı

Azərbaycanlı məmurların Krımda prokuror olan qardaşı 2016-cı ildən Rusiya tərəfindən ilhaq edilmiş Krım Muxtar Respublikasının prokuroru vəzifəsini daşıyan azərbaycanlı Gündüz Məmmədov Ukraynanın "Zerkalo Nedeli”portalına geniş müsahibə verib. Həmin müsahibəni ixtisarla təqdim edirik:

- Gündüz Aydınoviç, sizin neçə pasportunuz var?
- Mənim? Yalnız bir dənə.

- Necə Ukrayna vətəndaşı oldunuz?
- Sizin kimi... Mən Azərbaycan Sovetlər Birliyinin üzvü olanda orada anadan olmuşam. Sonralar valideynlərim məni Odessa Dövlət Universitetində təhsil almağa göndərdilər. Və beləcə, birinci kursda-1991-ci ildə mənim şəxsiyyət vəsiqəmdə "Ukrayna vətəndaşı” qeydi yazıldı. 1996-cı ildə universiteti bitirdim.

- Azərbaycanda çox zəngin ailənin üzvüsünüz. Sizə Ukraynada belə iş nəyə lazımdır? Həm də deyildiyi kimi, "öz torpaqları olmayan” Krım prokurorluğunda?..
- Deməzdim ki, ailəm çox zənginlərdəndir, lakin yaxşı vəziyyətdədir. Bu, mənə müstəqil olmağım üçün şərait yaradır. Nə üçün prokurorluqda işləyirəm? Bu, mənim bütün uşaqlığımın arzusudur. Hələ 4-cü sinifdə oxuyarkən prokuror olmaq istəyirdim və oldum.



- Sizin kiçik qardaşınız SOCAR-ın Ukraynadakı törəmə şirkətinə rəhbərlik edir. Böyük qardaşınız İsrafil isə Azərbaycan Dövlət Neft Fondunun-milyardlarla dolları idarə edən investisiya nəhənginin rəhbərliyindədir. Bir daha sualımı təkrar edirəm: Problemli Ukraynada işləmək sizin nəyinizə lazımdır?
- Mən Ukrayna vətəndaşıyam, universiteti bitirmişəm və prokurorluq orqanlarında işə girmişəm. Böyük ehtimalla o vaxt Azərbaycana qayıtsaydım çətin ki, orada mənə prokurorluq orqanlarında işləməyə imkan verərdilər.

- Böyük qardaşınızın təsirinə baxmayaraq?
- Atam mənə belə imkan verməzdi. Çünki o məni prokurorluq orqanlarında görmürdü.

- Siz Odessada işləyirdiniz, harada ki, sizə ünsiyyət və iş üçün lazımi şərait yaradılmışdı. Və anidən Krım prokurorluğuna rəhbərlik etmək qərarına gəldiniz. Niyə?
- Əvvəla 2012-ci ildə məni Kiyev əyalətində prokurorluğa göndərdilər. Orada hardasa 1 il işlədikdən sonra prokurorluğun akademiyasına keçdim, elmi fəaliyyətlə məşğul oldum, monoqrafiyamı bitirdim və doktorluq mövzusuna qərar verdim. Sonra məni Dnepr ekoloji prokurorluğuna dəvət etdilər, burada heç 6 ay işləyə bilmədim. Maydanda inqilab başladı. Mənə Odessa şəhərinin prokuroru vəzifəsini təklif etdilər və razılaşdım. Bu, mənim üçün siqnal idi. Çətin, qeyri-stabil zamanlar idi. Düşünürəm ki, 2 ildə şəhər prokurorluğunda çox iş görə bildik.

- Mən sizdən Krım barəsində soruşuram. Sizi general rütbəsi cəlb etdi?
- Mənim general vəzifəsinə qədər yüksəlmək arzum var idi. "Bu, belə deyil” desəm, ədalətsizlik olar. Mənim üçün Krım məsələsi ilə heç kimin maraqlanmamağı vacib idi. Dissertasiya mövzum da belə idi: "Ukrayna və Azərbaycan prokurorluqlarının funksiyaları. Müqayisəli hüquqi təhlil”.

Daha sonra baş prokurorun köməkçisi Vitaliy Kasko mənə müraciət edərək Krım Muxtar Respublikasının prokurorluğunun köçürülməsi ilə bağlı məsləhət almaq istədi. Mən ona öz təkliflərimi etdim, Azərbaycan və Gürcüstanın bu sahədəki təcrübələrini bölüşdüm. Daha sonra mənə Krım prokurorluğuna rəhbərlik etmək təklifi gəldi, mən qəbul etdim və bu qərarımdan təəssüflənmirəm.

Oxşar xəbərlər