“Real” baş məşqçisini qovdu

“Real” baş məşqçisini qovdu
  • İdman

  • “Real”ın gənclərdən ibarət komandasının baş məşqçisi Alvaro Benito qovulub.

    Asiya.az xəbər verir ki, buna səbəb onun “Kral Kuboku”nda “Barselona” ilə keçirilən oyundan sonrakı açıqlaması olub.

    Belə ki, baş məşqçi əsas komandanın əzəli rəqibə 0:3 hesabı ilə yenildiyi oyunla bağlı fikirlərini bildirərkən məşqçilər korpusunu tənqid edib: “Əsas problem Kasemiro və Toni Kroos kimi futbolçuların meydanda olmasıdı. Onlar 1 dəqiqə belə oynamağa layiq deyillər”.

    Bu açıqlamadan sonra 43 yaşlı mütəxəssis istefaya göndərilib. Onu komandanın əfsanəsi futbolçu Raul Qonzalesin əvəz edəcəyi deyilir.

    Qeyd edək ki, Alvaro Benito 1994-2002-ci illərdə “Real”da çıxış edib. O, 2015-ci ildən klubun B komandasına başçılıq edirdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər