Qənirə Paşayeva AMEA-nın tədbirində KİV-lərə çağırış etdi - FOTO

Qənirə Paşayeva AMEA-nın tədbirində KİV-lərə çağırış etdi - FOTO Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva AMEA Qadınlar Şurasının AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 8 mart - Beynəlxalq qadınlar günü münasibətilə keçirdiyi tədbirdə çıxış edərək KİV-imizi gənc qızlarımıza gözəl örnək olan alim qadınlarımızın cəımiyyətdə daha geniş təbliğinə çağırıb.

Asiya.az xəbər verir ki, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova, AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə çıxış edərək alim qadınlarımızın elmin inkişafında və cəmiyyətdə ziyalı rolundan daşıb, bu istiqamətdə uğurların gələcəyə doğru daha da artacağına inamlarını ifadə ediblər, qadınların elm sahəsində əldə etdikləri uğurları xüsusi vurğulayıblar və onları təbrik ediblər.

Görüşdə iştirak edən millət vəkili Q.Paşayeva alim qadınların timsalında bütün qadınları 8 mart - beynəlxalq qadınlar günü münasibətilə təbrik edib, ziyalı, alim qadınlarımızın elmin inkişafında rolu ilə bərabər, ziyalı kimi cəmiyyətimizin inkişafında önəmli rolu barədə də geniş danışıb və onun daha da genişlənəcəyinə inamını ifadə edib. Bütün sahələrdə qadınların rolunun genişləndirilməsinin cənab Prezidentin yürütdüyü siyasətdə xüsusi yer tutduğunu, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə atılan önəmli addımları xüsusi vurğulayan millə vəkili Q.Paşayeva alim və ziyalı qadınlarımızın gənc qızlar üçüm əsl örnək olduğunu xüsusi vurğulayıb, elmin müxtəlif sahələrində uğurlara imza atmış alim qadınlarımızın gənclərə daha yaxından tanıdılması üçün KİV-lərə çağırış edib: "Elm sahəsindəki qadınlarımız barədə reportaj, proqramların hazırlanması, onların müxtəlif verilişlərə daha çox dəvət olunması, bir sözlə onların cəmiyyətə daha yaxından tanıdılması böyüyən gənc qızlarımız çox önəmlidir. Elm sahəsi fədakarlıq, böyük zəhmət tələb edir, elm sahəsində çalışan bütün qadınları təbrik edirəm, onlara önəmli fəaliyyətlərində uğurlar diləyirəm. AMEA-da qadınlarımızın rolunun daha da genişlənməsinin şahidi oluruq və inanırıq ki, gələcəyə doğru bu daha da sürətlənəcək. Bütün sahələrdə, dövlətin həyatında, elmdə qadınların rolunun daha genişlənməsi - bu, inkişaf deməkdir və inanırıq ki, elm sahəsinə meyl edən gənc qızlarımız dövlətimizin onlar üçün yaratdığı getdikcə daha da artan imkanlardan istifadə edərək daha da böyük uğurlara imza atacaqlar".


Qənirə Paşayeva AMEA-nın tədbirində KİV-lərə çağırış etdi - FOTO
Qənirə Paşayeva AMEA-nın tədbirində KİV-lərə çağırış etdi - FOTO
Qənirə Paşayeva AMEA-nın tədbirində KİV-lərə çağırış etdi - FOTO

Oxşar xəbərlər