Qəzada ölənlər arasında nazir və deputatın ailəsi olub

Qəzada ölənlər arasında nazir və deputatın ailəsi olub
  • Dünya

  • Efiopiya hava yollarına məxsus sərnişin təyyarəsində ölənlərlə bağlı yeni məlumatlar ortaya çıxıb.

    Asiya.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada ölənlər arasında slovakiyalı siyasətçinin həyat yoldaşı və oğlu da olub. Nəşr rəsmi məlumatdan əvvəl ana və oğulun adını açıqlamayacağını bəyan edib.

    İtaliya nəşrlərinin yazdığına görə, ölən İtaliya vətəndaşlarından biri də Siciliya əyalətinin naziri olub.

    Əyalətin mədəni irs və milli identiklik işləri üzrə naziri Sebastyano Tuza ötən ilin aprelindən bu postda çalışıb. O, eyni zamanda regionun dəniz departamentinin rəhbəri olub. Dünya şöhrətli arxeoloq və paleontologiya professoru olan Tuza UNESCO layihəsi çərçivəsində Keniyaya yola düşmüşdü.

    Qəzada ölən üç Slovakiya vətəndaşı bu ölkə parlamentinin deputatı Antona Qrnkonun ailə üzvləri olub. Bu barədə deputat özünün Facebook hesabında yazıb. Ölənlər siyasətçinin həyat yoldaşı, oğlu və qızı olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər