Zidanın maaşı açıqlandı

Zidanın maaşı açıqlandı 10 aydan sonra "Real"a dönən Zinəddin Zidanın maaşı açıqlanıb.

Asiya.az xəbər verir ki, "Kral Klubu" 2022-ci ilədək müqavilə imzaladığı fransalı mütəxəssisə ildə 12 milyon avro maaş verəcək. O, ötən mövsümün sonunda istefa vermədən öncə "Real"da ildə 6 milyon avro qazanırdı.

Zidanın maaşı böyük klubları çalışdıran həmkarlarının maaşlarından elə də çox deyil. Belə ki, hazırda "Atletiko"nu çalışdıran Dieqo Simeone ildə bonuslarla birlikdə 24, "Tottenhem"in çalışdırıcısı Maurisio Poçettino 10, "Liverpul"un baş məşqçisi Yurgen Klopp 8,5, "Yuventus"un baş məşqçisi Maksimilano Alleqri 8 milyon avro maaş alır. Joze Mourinyo iə bir müddət əvvəl qovulduğu Joze Mourinyo ildə 20 milyon avro qazanırdı.

Oxşar xəbərlər