Masallıda film təqdimatı oldu - FOTOLAR

Masallıda film təqdimatı oldu - FOTOLAR Dünən “Doğma diyarımız Hişkədərə” adlı sənədli filmin təqdimatı olub.

Asiya.az xəbər verir ki, 15 mart 2019-cu il tarixində Elşad Ağayev adına Masallı Rayon Hişkədərə kənd orta məktəbində “Doğma diyarımız Hişkədərə” adlı sənədli filmin təqdimatı olub. Film Hişkədərə kəndinin tarixi, mədəniyyəti, keçmişi və bu gününü əks etdirir. Filmin sponsoru və layihə rəhbəri cənub bölgəsinin tanınmış prodüsseri Mərhəmət Lələyev, Quruluşçu rejissoru Zinət Lələyeva, rejissoru Vadim Eyvazoğlu, Opertoru Valid Həsənzadə, Fotoqrafı Nihad Mikayılovdur.
Tədbirdə çıxış edən kənd ağsaqqalları, müəllimlər, jurnalistlər filim barəsində, Hişkədərə kəndi haqqında öz təsuratlarını bölüşdülər. Sonda məktəbin fəal şagirdlərinə, filimdə əziyyəti olanlara diplomlar və müxtəlif hədiyyələr verildi.

Mərhəmət Lələyev çıxışı zamanı çəkilişin ərsəyə gəlməsində göstərdiyi köməyə görə E.Ağayev adına məktəbin diroktoru İlham müəllimə, kənd sakinləri Murad Əbilova və Elmir Qafarova öz xüsusi təşəkkürünü bildirdi.


Masallıda film təqdimatı oldu - FOTOLAR
Masallıda film təqdimatı oldu - FOTOLAR
Masallıda film təqdimatı oldu - FOTOLAR
Masallıda film təqdimatı oldu - FOTOLAR
Masallıda film təqdimatı oldu - FOTOLAR
Masallıda film təqdimatı oldu - FOTOLAR
Masallıda film təqdimatı oldu - FOTOLAR
Masallıda film təqdimatı oldu - FOTOLAR

Oxşar xəbərlər