Nursultan Nazarbayev istefaya getdi - Elbaşıdan tarixdə qalacaq mühüm addım - VİDEO

Nursultan Nazarbayev istefaya getdi - Elbaşıdan tarixdə qalacaq mühüm addım - VİDEO
  • Dünya / Manşet

  • Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefa verib.

    Asiya.az-ın xəbərinə görə, bu barədə o, yerli televiziyalarla xalqa müraciətində bildirib.

    Seçkilərə qədər onun vəzifəsini Senatın spikeri Kasımjomat Tokayev icra edəcək.

    Qeyd edək ki, Nursultan Nazarbayev 6 iyul 1940 tarixində Qazaxıstanda doğulub.

    1958-1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxuyub, "Kazmetalurqstroy" trestində fəhlə işləyib.

    1960-1969-cu illərdə Karağandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışıb.

    1967-ci ildə Karağandı metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirmişdir, iqtisad elmləri doktorudur.

    1969-1984-cü illərdə Karağandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışıb.

    1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirib. 1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olub.

    989-1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilib.

    24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilib. 1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti seçilib.

    29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılıb. 10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq yenidən prezident seçilib.

    4 dekabr 2005-ci ildə seçkilərdə 91.15% səs toplayaraq təkrar prezident olub.

    Evlidir, üç qızı var. Tennis və xalq musiqisinə maraq göstərir.


    PAYLAŞ:

    Oxşar xəbərlər