Nərimanovda Novruz bayramı tədbiri keçirildi - FOTOLAR

Nərimanovda Novruz bayramı tədbiri keçirildi - FOTOLAR
  • Sosial

  • 19 mart 2019-cu il tarixdə ölkəmizin hər bir guşəsində olduğu kimi Nərimanov rayonunda da Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.

    Asiya.az xəbər verir ki, Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.
    Rayonun ümumtəhsil müəssisələrinin müəllim-şagird kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgi izləyicilərdə dərin təəssüratlar yaradıb.
    Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşğu ilə qarşılanıb.

    Bayram tədbirində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


    Nərimanovda Novruz bayramı tədbiri keçirildi - FOTOLAR
    Nərimanovda Novruz bayramı tədbiri keçirildi - FOTOLAR
    Nərimanovda Novruz bayramı tədbiri keçirildi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər