Millimiz səfərdə Rusiyaya uduzmadı-Final Yerevanda olacaq

Millimiz səfərdə Rusiyaya uduzmadı-Final Yerevanda olacaq
  • İdman

  • Futbol üzrə Azərbaycanın U-19 yığması Avropa çempionatının elit-raundunda uğurlu start götürüb.

    Asiya.az-ın məlumatına görə, komandamız Rusiyada təşkil olunan turnirdə ilk oyununda meydan sahibləri ilə üz-üzə gəlib.
    Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

    Qrupun digər matçında İrlandiya millisi Rumıniya komandasına 5:0 hesabı ilə qalib gəlib.

    Millimiz növbəti oyunda martın 23-də İrlandiya ilə qarşılaşcaq.
    Qeyd edək ki, final mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar. Final mərhələsi 14-27 iyulda Ermənistanda keçiriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər