Cümə günü Yeni Zelandiyada bütün dinlərdən olan xanımlar küçələrə hicabla çıxacaq

Cümə günü Yeni Zelandiyada bütün dinlərdən olan xanımlar küçələrə hicabla çıxacaq
  • Dünya / Manşet

  • Yeni Zelandiyanın özü xristian olan ictimai fəalı islamofobiya təcavüzünün görünməmiş bir təhlükəsi ilə üz-üzə qalmış müsəlman qadınlarla həmrəylik əlaməti olaraq sabah – Cümə günü ada dövlətinin qadınlarını hicab bağlayaraq küçələrə çıxmağa çağırıb.

    Asiya.az xəbər verir ki, bu haqda yerli “ Newshub” nəşri məlumat yayıb. “Həmrəylik yaylıqları”nın təşkilatçılarından olan Anna Tomas Cümə günü Yeni Zelandiyanın xanım sakinlərini özlərini müsəlman qadınların yerində hiss etdirmək və öz görünüşləri ilə onlara mənəvi dəstək göstərmək üçün hicab geyinərək şəhərlərin küçələrinə çıxmağa çağırıb.

    “Axı Kraystçerç məscidlərində baş vermiş terror aktları Yeni Zelandiya müsəlmanlarının qəlbində dərin narahatlıq doğurub. Onlar bu günə qədər islamofobiyanın bu dərəcədə qəddar təzahürləri ilə qarşılaşmayıblar. Düşündüm ki, nədən bu Cümə günü – həmin faciədən bir həftə sonra hicab bağlayıb hörmət əlaməti olaraq müsəlman bacılarımızla yanaşı getməyək”,- xristian qadın fəal belə söyləyib.

    Kraystçerç və digər Yeni Zelandiya şəhərlərinin müsəlman xanımları Annanın bu ideyasından təsirləniblər, dəstək və həmrəylik üçün ona təşəkkür ediblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər