"Real"ın transfer bombası: razılıq əldə olundu

"Real"ın transfer bombası: razılıq əldə olundu
  • İdman

  • Zinəddin Zidanı baş məşqçi postuna qaytaran "Real"ın yayda səs-küylü transferlərlə diqqət mərkəzində olacağı deyilən. Hazırda bir çox ulduz futbolçunun adı "Kral Klubu" ilə yanaşı çəkilir.

    Asiya.az xəbər verir ki, bu futbolçulardan biri də Mauro İkardidi. Bir müddətdi "İnter" rəhbərliyinin yeni müqavilə təklifini rədd edən və hətta buna görə heyətdən kənarlaşdırılan argentinalı ulduzla rəsmi danışıqların başladığı iddia olunur.

    İtaliya mətbuatının məlumatına görə, İkardinin həyat yoldaşı və meneceri Vanda Nara ilə görüşən Madrid klubunun rəsmiləri onları razı sala bilib. İtaliyada özünü xoşbəxt hiss etməyən 26 yaşlı hücumçunun müqaviləsindəki sərbəst qalma maddəsi 80 milyon avrodu. İkardi ilə razılığa gələn "Real" rəhbərliyi qarşıdakı günlərdə Milan klubu ilə danışıqlara start verəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər