Azərbaycan Litvaya qarşı: start heyəti

Azərbaycan Litvaya qarşı: start heyəti Azərbaycan və Litva milliləri indiyədək 2 dəfə qarşılaşıb. Komandalar ilk dəfə 1998-ci ilin iyun ayının 26-da Estoniyada üz-üzə gəlib və millimiz qələbə qazanıb 2:1. İkinci görüş 2008-ci ilin 26 martında Vilnüsdə baş tutub və bu dəfə litvalılar 1:0 hesablı qələbəyə sevinib. İlk oyunda komandamıza Vaqif Sadıqov, ikincidə Nazim Süleymanov başçılıq edib.

Bu milli komandamızın tarixi ərzində keçirəcəyi 123-cü yoxlama oyunu olacaq. İndiyədək baş tutan 122 oyundan 33-də qələbə qazanıb, 48-də uduzan yığmamız 41 dəfə meydanı "sülh"lə tərk edib. Top fərqində də rəqiblərin üstünlüyü var - 112:155.

Yoldaşlıq oyunu

25 mart

18.00 Azərbaycan - Litva

Azərbaycan:
1. Səlahət Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 16. Rüfət Dadaşov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 3. Şəhriyar Rəhimov, 4. Rahil Məmmədov, 8. Emin Mahmudov, 9. Namik Ələskərov, 10. Mahir Mədətov, 13. Dmitri Nazarov, 15. Ömər Buludov, 19. Əli Babayev, 22. Mirabdulla Abbasov.
Hakimlər: Feşnik Horatiu, Avram Valentin, Çerey Aleksandru (Rumıniya), Orxan Məmmədov (Azərbaycan).

"Bakcell Arena".

Oxşar xəbərlər