İcra başçısının Prezident Adminstrasiyasında olduğunu dedilər, amma… – Foto

İcra başçısının Prezident Adminstrasiyasında olduğunu dedilər, amma… – Foto Xəbər verdiyimiz kimi Nizami rayon icra hakimiyyətinin başçısının müavini malları yanan sahibkarların qarşısına çıxaraq onları sakitləşdirib və suallarını cavablandırıb. O icra başçısı Arif Qasımovun hazırda prezident adminstrasiyasında olduğunu və bu məsələ ətrafında müzakirələr apardığını deyib.
Bizimyol.info-ya məlumat verən sakinlər və narazı sahibkarlar icra başçısının Prezident Adminstrasiyasında danışıqlarda olmadığını, iş başında olduğunu bildirib. Həmçinin onlar başçının xidməti maşınının da Nizami rayon icra hakimiyyətinin binasının arxa tərəfində olduğunu bildiriblər.

Nizami rayon icra hakimiyyətinin başçıs Arif Qasımov

İcra başçısının Prezident Adminstrasiyasında olduğunu dedilər, amma… – Foto

Əməkdaşımız isə daxil olan məlumat əsasında həqiqətən də icra başçısının xidməti maşınının icra hakimiyyəti binasının arxa tərəfində olduğunun şahidi olub.

Oxşar xəbərlər