Əliyevlə Paşinyanın görüşü başa çatdı - PA rəsmisindən açıqlama -VİDEO

Əliyevlə Paşinyanın görüşü başa çatdı - PA rəsmisindən açıqlama -VİDEO
  • Siyasət

  • Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən təkbətək görüş başa çatıb.

    Asiya.az bildirir ki, bu barədə Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

    O bildirib ki, hazırda görüş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilir.

    Xatırladaq ki, Ermənistan və Azərbaycan liderlərinin təkbətək görüşünün 1,5 saat davam etməsi haqda xəbər yayılıb.

    Diqqətçəkən məqamlardan biri də budur ki, Prezident İlham Əliyev Paşinyanı görüş məkanında xeyli gözlədib. O, məkana Paşinyandan sonra gəlib. Əliyevin gəlişi jurnalistlər tərəfindən daha böyük maraqla izlənilib, xeyli fotolar çəkilib. Bu, erməni jurnalistlərinin yaydığı videodan da aydın görünür.

    Görüşün detalları hələlik açıqlanmayıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər