"Bütövlükdə xalq döyüşə hazır vəziyyətdədir" - İqbal Məmmədov

  • Siyasət

  • “Vyana görüşü bir daha Azərbaycanın gücünü nümayiş etdirdi. Bildiyiniz kimi Ermənistanın baş naziri Nikol Paşinyan danışıqlar prosesini pozmağa, indiyədək əldə edilən razılaşmaları pozaraq məsuliyyəti üzərindən atmağa, danışıqların formatını dəyişməyə cəhd edirdi. Ancaq Azərbaycan prezidentinin qətiyyətli, prinspial mövqeyi nəticəsində Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT MQ həmsədrləri Azərbaycan tərəfinin mövqeyini dəstəkləyərək, danışıqlar prosesinin qaldığı nöqtədən davam etdirilməsi və hər hansı digər formatda aparılmasına qarşı çıxdılar. Bununla bağlı olaraq ATƏT MQ həmsdərləri martın 9-da bəyanatla çıxış etdilər. Məhz bundan sonra Ermənistan tutduğu mövqedən geri çəkilmək məcburiyyətində qaldı”.

    Asiya.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında deputat İqbal Məmmədov deyib.

    Onun sözlərinə görə, məhz Azərbaycan tərəfinin bu qətiyyətli mövqeyindən sonra ilk dəfə idi ki, rəsmi qaydada Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan rəhbərliyi arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş təşkil olundu. Bu görüş və görüşdə müzakirə olunan məsələlər münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ölkələr tərəfindən Azərbaycanın gücü və irəli sürdüyü şərtlərlə hesablaşmasını sübut etdi. Danışıqlar onu göstərdi ki, Ermənistan tərəfinin destruktiv mövqeyinə baxmayaraq danışıqların formatı dəyişməz olaraq qalır və danışıqlar prosesi məhz Azərbaycan və Ermənistan arasında aparılır. Bu baxımdan danışıqları müsbət hesab etmək olar”, - deyə deputat bildirib.

    Deputat bildirib ki, danışıqların 3 saata yaxın aparılması və Azərbaycan prezidenti İlham Əliyevlə Paşinyan arasındakı təkbətək görüşün iki saatdan artıq çəkməsi Ermənistan tərəfinin destruktiv mövqedən tədricən də olsa geri çəkilməsinə, ümumiyyətlə münaqişənin həlli ilə əlaqədar olan prosesə yeni bir impuls verir.

    “Görüşün yekunu olaraq tərəflərin XİN başçılarının danışıqlarda irəliləyişə nail olmaq üçün növbəti görüşlərin keçirilməsi barədə göstərişlərin verməsi bizdə müəyyən ümidverici məqamlara imkanlar açır:

    “Çünki bu görüşdə Azərbaycan prezidenti İlham Əliyev bir daha Qarabağ məsələsində ölkəmizin, millətimizin mövqeyini qətiyyətli, prinspial şəkildə ortaya qoyaraq dəyişməz olduğunu, işğal faktı ilə barışmayacağını ortaya qoydu. Azərbaycan tərəfi görüşdə təkcə Ermənistana tərəf deyil, eyni zamanda ermənilərin havadarlarına da mesaj vermiş oldu ki, ikili standartdan geri çəkilin və münaqişənin beynəlxalq hüquq normalarına uyğun şəkildə Azərbaycanın ərazi bütvölüyü çərçivəsində üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirin. Əgər ATƏT MQ üzərinə götürdüyü öhdəliyi yerinə yetirərsə, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq işğalçı dövlətə öz işğalçılıq siyasətindən əl çəkməsi üçün hüquqi mexanizmlərdən istifadə edərək təzyiq edərsə münaqişə sülh yolu ilə həllini tapar. Yetər ki, vasitəçilər bunu istəsin. Onların əlində Ermənistana təzyiq edib işğalçılıq siyasətindən geri otuzdurmaq üçün yetərincə imkanlar var”.

    İ.Məmmədov əlavə edib ki:

    “Azərbaycanın səbri sonsuz deyil. Azərbaycanın güclü ordusu var və torpaqlarını azad etməyə qadirdir. Bu gün ordu-xalq, xalq-iqtidar birliyi mövcuddur. Bütövlükdə xalq döyüşə hazır vəziyyətdədir. Bunu Paşinyan dərk etməmiş deyil. O, bunu yaxşı anlayır. Bilir ki, müharibə olarsa, hansı vəziyyətlə üzləşəcək. Odur ki, Ermənistan rəhbərliyi nə qədər gec deyil konstruktiv mövqe nümayiş etdirib, işğalçılıq siyasətinə son verməlidir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər