Azərbaycanda qəbiristanlıqda silah anbarı tapıldı

Azərbaycanda qəbiristanlıqda silah anbarı tapıldı
  • Olay

  • Azərbaycanda qəbiristanlıqdan xeyli silah-sursat tapılıb.

    Asiya.az XəzərXəbər-ə istinadən xəbər verir ki, Ağstafa rayonu, Poylu qəsəbəsinin ərazisində yerləşən qəbirastanlıqda 4 ədəd F-1 əl qumbarası və həmin qumbaralara aid 5 ədəd alışdırıcı, avtomat silahına aid 6 ədəd sandıq, 1 ədəd qundaq, 270 ədəd 7,62 mm və 344 ədəd 5,45 çaplı güllə aşkar edilib.

    Silah-sursat ərazi üzrə Polis Şöbəsinə təhvil verilib.

    Faktla bağlı Ağstafa RPŞ-də araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər