Azərbaycanda yanğın, ölən var

Azərbaycanda yanğın, ölən var
  • Olay

  • Samux rayonunda, fərdi evdə baş verən yanğın ölümlə nəticələnib.

    Asiya.az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Abbas Qasımov küçəsində qeydə alınıb.

    Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. Ölən şəxs Samux rayon sakini, 1972-ci il təvəllüdlü Hüseynov Habil Mikayıl oğludur. Onun tüstüdən zəhərlənərək öldüyü bildirilir.

    O, hadisə zamanı evdə tək olub. Faktla bağlı araşdırma aparılır
    PAYLAŞ:

    Oxşar xəbərlər