İnsanı uzunömürlü edən 3 məhsul

İnsanı uzunömürlü edən 3 məhsul
  • Maraqlı

  • İndiki dövrdə bir çox insanlar müxtəlif növ xəstəliklərdən əziyyət çəkirlər. Onlardan ən çox yayılanları xərçəng, ürək və diabet kimi bir çox artmaqda olan xəstəlik növləridir. Bəs görəsən bu problemlərin başlıca səbəbləri nədir?

    Asiya.az xəbər verir ki, son məlumatlara görə, bu problemin ən əsas səbəbləri qəbul etdiyimiz məhsulların tərkibində trans piylər və natrium miqdarının həddindən çox olması və bu məhsulların xaricdən gətirilməsidir. Buna görə də, insanlar çıxış yolları axtarırlar. Sağlam həyat sürüb, daha uzunömürlü olmaq istəyirlər. Gəlin birlikdə insanları uzunömürlü edə biləcək bir neçə məhsulla tanış olaq:

    1. Meyvə və tərəvəzlər
    Diyetoloq mütəxəssislərin sözlərinə görə, indiki dövrdə ən yaxşı sağlam mənbə meyvə və tərəvəzlərdir. Onlar vitaminlə zəngin olduğundan bədəndə olan zərərli maddələrlə mübarizə aparırlar və onları məhv edirlər.

    2. Yüksək lifli qidalar
    Taxılla zəngin olan bütün çörək məmulatları qida liflərindən ibarətdir. Onlar xolesterini normaya salırlar, bu səbəbdən də, infarkt və insult riski olduqca azalır.

    3. Qoz və paxlalı bitkilər
    Qoz və paxlalı bitkilər uzunmüddətli sağlamlığa sahib olmaq üçün çox vacib qida qruplarından biridir. Bunun səbəbi isə, çox sadədir. Belə ki, bu məhsulların tərkibində bitki zülalı mövcuddur. Zülal maddəsi isə, insan bədəninə olduqca lazımlıdır. Bu səbəbdən də, paxlalı bitkilərdən tez-tez istifadə olunmalıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər