Gədəbəy rayon icra hakimiyyətində ölüm hadisəsi olub

Gədəbəy rayon icra hakimiyyətində ölüm hadisəsi olub
  • Manşet / Olay

  • Gədəbəy rayon İcra Hakimiyyətində ölüm hadisəsi baş verib.

    Asiya.az xəbər verir ki, Anews.az-ın elektron poçtuna Gədəbəy rayon İcra Hakimiyyətinin binasında ölüm hadisəsi olması barədə məlumat daxil olub. Həmin məlumatda qeyd edilir ki, Gədəbəy rayon Qaradağ kənd icra nümayəndəsi Qasımov Cahangir İsmayıl oğlu 03 aprel 2019-ci il tarixində Gədəbəy rayon icra hakimiyyətinin binasında dünyasını dəyişib.

    Əldə etdiyimiz məlumata görə, Cahangir Qasımov icra hakimiyyətinə işdən azad edilməsi barədə ərizə yazmaq üçün dəvət olunubmuş. Lakin o hadisə yerində vəfat edib.

    Məsələ ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Media nümayəndəsi olduğumuzu bilən kimi telefonu söndürdülər. Növbəti zənglərimizə cavab verən olmadı.

    Daha sonra Gədəbəy İcra Hakimiyyətinin birinci müavini Nağıyev Natiq ilə də telefon əlaqəsi saxladıq. Amma hadisə barədə heç bir məlumat öyrənə bilmədik. N.Nağıyev başqa yerdə olduğunu qeyd edərək, telefonu söndürdü.
    Zaur Qənbərov
    PAYLAŞ:

    Oxşar xəbərlər