İlqar Məmmədovdan müxalifətə sərt ittiham: “Təbliğat apardınız ki, inqilab eləmək istəyirsiz…”

İlqar Məmmədovdan müxalifətə sərt ittiham: “Təbliğat apardınız ki, inqilab eləmək istəyirsiz…”
  • Siyasət / Manşet

  • REAL partiyasının sədri İlqar Məmmədov müxalifətçiləri tənqid edib.

    Asiyaşaz “Qafqazinfo”-ya istinadən xəbər verir ki, İ. Məmmədov qeyd edib ki, 8 aydır ona qarşı təbliğat aparılır:

    “Deyirdim sizə, gedək seçkiyə, görək insanları səslərin müdafiəsinə səfərbər edə bilirikmi. Dediniz ki, yox e, biz meydanlardan birbaşa hakimiyyətə gələcəyik. 8 aydır mənə qarşı vicdansız təbliğat apardınız ki, inqilab eləmək istəyirsiz, İlqar Məmmədov imkan vermir. Yaxşı, “inqilab-inqilab” deyirdiniz, 4 dəfə mitinqə qoyulan qadağa həmin o inqilabınızı haçana qədər ertələdi? Amma qapılarımız yenə də açıqdır, seçki məsələsində əməkdaşlığa hələ də tam hazıram və bir daha dəvət edirəm”.
    PAYLAŞ:

    Oxşar xəbərlər