Aeroport yolunda ağır qəza: yaralılar var

Aeroport yolunda ağır qəza: yaralılar var
  • Olay

  • Aprelin 5-də günorta saatlarında Bakının Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin şəxsiyyəti müəyyənləşib.

    Asiya.az Oxu.Az-a istinadla xəbər verir ki, yaralananlardan biri 1971-ci il təvəllüldlü Əhmədov Bəxtiyar İslam oğludur.

    Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

    Hadisə nəticəsində xəsarət alan digər şəxs isə 1978-ci il təvəllüdlü İsgəndərov Elnur Rasim oğlu olub. O, döş qəfəsinin əzilməsi, alt çənənin sıyrılması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

    17:26

    Bakının Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Asiya.az Oxu.Az-dan aldığı məlumata görə, qəza zamanı "Daewoo” və "VAZ 2107” markalı avtomobillər toqquşub.
    Zərbənin təsirindən "Jiquli” aşıb.

    Hadisə nəticəsində "VAZ 2107”də olan iki nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

    Videonun görüntüləri sosial şəbəkədə yayımlanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər