Ramil Usubov rəisi işdən çıxardı

Ramil Usubov rəisi işdən çıxardı
  • Siyasət / Manşet

  • Ağcabədi rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru İldırım Alıyev vəzifəsindən azad edilib.

    Asiya.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

    Onun yerinə hələlik təyinat olmayıb.

    Qeyd edək ki, bir müddət əvvəl Zəngilan rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi təyin edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər