
“Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib.
Asiya.az xəbər verir ki, klubun rəsmi saytının yaydığı məlumata görə, bu gün "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib. T.Heydərov 2006-cı ildən bu vəzifədə fəaliyyət göstərirdi.
Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur. 2008-ci ildən Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədridir.
