İcra başçısı rüşvətlə bağlı səs yazısına görə töhmət aldı - Audio

İcra başçısı rüşvətlə bağlı səs yazısına görə töhmət aldı - Audio
  • Araşdırma / Manşet

  • Vaqif Həsənovun Prezdent Adminstrasiyasına çağırılaraq baş verənlərə görə qınanıldığı və ciddi töhmət aldığı iddia edilir

    Bir ay öncə ölkə mətbuatında Ağdam rayon icra başçısı Vaqif Həsənovun rüşvət səs yazısı yayıldı. Səs yazısının Vaqif Həsənovun Xəzər rayon ica başçısının müavini işlədiyi dövrdə qeydə alındığı barədə məlumat verilirdi.

    Həmin səs yazısında başçı müavini işləyən Vaqif Həsənov vətəndaşa İcra Hakimiyyəti tərəfindən torpaq ayrılması və ev tikmək üçün icazənin verilməsi sənədi üçün əvəlcədən 5 min manat rüşvət alır. Vətəndaş “Mersedes” markalı avtomobilini sataraq hələlik pulun 5 min manatını gətirdiyini və qalanını isə bankdan kredit götürərək verəcəyini açıq şəkildə deyir. Vaqif Həsənov isə rüşvət aldığı vətəndaşa narahat olmamağı və ömürlük sənəd verəcəyini bildirir.

    Məsələ ilə bağlı AzFakt.com-a daxil olan məlumata görə, səs yazısının mətbuatda tirajlanması və gündəm olması Vaqif Həsənova problemlər yaradıb. Belə ki, açıq-aşkar rüşvət alması icra başçısının Prezident Adminstrasiyana çağırılmasına və izahat tələb edilməsinə səbəb olu. Məlumatda vurğulanır ki, məlum səs yazısına görə Asif Həsənov həm danlanılıb, həm də ciddi töhmət verilib.


    PAYLAŞ:

    Oxşar xəbərlər