İslam Abbasov erməni dünya çempionunu məğlub etdi

İslam Abbasov erməni dünya çempionunu məğlub etdi
  • İdman

  • Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

    Asiya.az xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə yarışa start verilib.

    Bu gün 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər mübarizə aparır.

    Dünya və Avropa çempionu Eldəniz Əzizli (-55 kq) ilk görüşündə Sebastyan Kolomparı (Serbiya) cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib – 9:0. O, 1/4 finalda Nuqzar Surtsumianı (Gürcüstan) da eyni hesabla yenərək yarımfinala vəsiqə qazanıb.
    Taleh Məmmədov (-63 kq) təsnifat mərhələsində Donior İslamovdan (Moldova) güclü olub – 8:3. 1/4 finalda Mihay Mihutu (Rumıniya) məğlub edərək yarımfinala adlayıb – 8:7.

    İslam Abbasov (-87 kq) startda çətinliklə də olsa, Denis Kudlaya (Almaniya) qalib gəlib. Yığma üzvü 1/8 finalda olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov Rusiya təmsilçisi David Çakvetadzeni də məyus edərək (2:1) 1/4 finala vəsiqə qazanıb. Daha sonra İslam Abbasov 1/4 finalda dünya və ötən ilin Avropa çempionu olmuş Maksim Manukyanı 6:1 hesabı ilə məğlub edib.

    Həm İslam Abbasov, həm də Eldəniz Əzizli ilə Taleh Məmmədov axşam seansında yarımfinal görüşlərinə çıxacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər