“Lotu Quli” ilə “Ded Həsən”in nəvəsinə qarşı birləşəcək

“Lotu Quli” ilə “Ded Həsən”in nəvəsinə qarşı birləşəcək Xəbər verdiyimiz kimi, Gürcüstanın ən nüfuzlu "qanuni oğru”su "Taro” ləqəbli Tariel Muluhov (Oniani) bir neçə gün öncə Rusiyada 10 illik həbsxana həyatından azad olunduğu gün yenidən 40 gün müddətinə həbs edilib.

"Qafqazinfo”nun rus KİV-nə istinadən məlumatına görə, "Taro” mayın 19-u həbsdən çıxdıqdan sonra İspaniyaya deportasiya oluna bilər. Lakin onun tərəfdaşlarının əksəriyyətinin yaşadığı Türkiyəyə gedəcəyi də deyilir.

Onianinin çox sayda düşmənlərindən intiqam almağa hazırlaşdığı bildirilir. Bu siyahıda isə 15 ildən çoxdur düşmənçiliyi olduğu, həyatda olmayan kriminal avtoritetlər- "Yaponçik” (Vyaçeslav İvankov) və "Ded Həsən” (Aslan Usoyan) var. Sözügedən avtoritetlərin klanından olan "vor zakonlar” başçılarının ölümündə "Taro”nun əlinin olduğunu düşünürlər.

Belə ki, "Ded Həsən”in yolu ilə gedən nəvəsi Qiya Sverdlovski Onianini babasının qətlində ən kəskin ittiham edənlərdən biridir. Bu isə Muluhovun birinci nömrəli düşməninin məhz o, olduğunu göstərir.

"Aif Ural” portalı vəziyyətlə tanış olan mənbəyə istinadən bildirir ki, "Taro” Türkiyəyə köçsə, orada onu külli miqdarda maliyyə resursu ilə təmin etmək gücündə olan həmkarı, dollar milyarderi "Lotu Quli” (Nadir Səlifov) ilə müttəfiqliyə başlayacaq.

"Belə bir koalisiya yaranarsa, Rusiya cinayət dünyasına böyük təsirlərin olacağı qaçınılmazdır”, - deyə mənbə qeyd edib.

Oxşar xəbərlər