Qar uçqununda həlak olan hərbçi dəfn edildi — FOTO

Qar uçqununda həlak olan hərbçi dəfn edildi — FOTO
  • Cəmiyyət

  • Qar uçqununa düşərək həlak olan hərbçilərdən biri - Abdullayev Hafiz Məhəd oğlu Qazaxda dəfn olunub.

    Asiya.az oxu.az-a istinadən xəbər verir ki, o, doğulduğu Yuxarı Salahlı kəndində torpağa tapşırılıb.

    Dəfn mərasimində şəhər ictimaiyyəti, hərbçilər və H.Abdullayevin yaxınları iştirak edib.

    Qeyd edək ki, martda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb.
    Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.


    Qar uçqununda həlak olan hərbçi dəfn edildi — FOTO
    Qar uçqununda həlak olan hərbçi dəfn edildi — FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər