Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
  • İqtisadiyyat / Manşet

  • CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 15-də 73,58 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,55 dollar/barel azdır.

    FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel azdır.

    Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,84 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,74 dollar/barel azdır.

    Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 70,87 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel azdır. (Trend.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər