Daşkəsəndə hərbi xidməti başa vurmuş gənclərin qarşılanma mərasimi keçirildi - FOTOLAR

Daşkəsəndə hərbi xidməti başa vurmuş gənclərin qarşılanma mərasimi keçirildi - FOTOLAR
  • Sosial

  • Dünən Daşkəsən Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonundan olan ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmət qulluqçularının qarşılanması münasibətilə təntənəli tədbir keçirilib.

    Tədbirdə rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin şəxsi heyəti, şəhid ailələri, Qarabağ müharibəsi veteranları, hərbi xidmətə çağırış yaşlı gənclər, valideynlər, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri və KİV mənsubları iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları rayon mərkəzində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

    Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev deyib:

    - Mən hərbi xidmətini başa vurub rayonumuza alnıaçıq, başıuca qayıtmış gənclərimizi, onların valideynlərini, bütün rayon ictimaiyyətini ürəkdən təbrik edirəm, gənclərimizə sağlam uzun ömür, gələcək həyatlarında uğurlar və xoşbəxtlik arzulayıram.

    Müasir Azərbaycan dövlətinin ordu quruculuğu və onun qısa müddətdə yüksək inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır.
    Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafına, iqtisadi-siyasi cəhətdən güclənməsinə, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına, dövlətimizin, xalqımızın təhlükəsizliyinin təminatına böyük töhfələrini vermiş, onun gələcəyini müəyyən etmişdir.

    Ulu Öndərin Azərbaycanda ordu quruculuğu istiqamətində açdığı yol bu gün möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş, şəxsi heyətin müasir hərbi texnika ilə təminatı, onun xidmət və həyat şəraiti davamlı şəkildə yaxşılaşdırılmışdır. Aparılan genişmiqyaslı islahatlar nəticəsində hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biri kimi dəyərləndirilir.

    İndi ordu ilə xalq arasındakı qarşılıqlı münasibət bütün ölkəmizdə olduğu kimi Daşkəsəndə də tam sağlam təməllər üzərindədir. Gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə olunurlar, rayonumuzda və ölkədə gedən ictimai-siyasi hadisələrə sağlam münasibət bəsləyirlər, bir-birinin ardınca uğurlar qazanırlar.
    Daşkəsənli gənclər bütün dövrlərdə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasında yaxından iştirak ediblər, bu gün də həmin ənənə yüksək səviyyədə davam etməkdədir.

    Ulu Öndər Heydər Əliyev siyasətinə hər zaman sədaqət nümayiş etdirən biz daşkəsənlilər dərindən inanırıq ki, Dövlət Başçımız möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan tarixi torpaqlarımız tezliklə düşməndən azad olunacaq, məcburi köçkün və qaçın soydaşlarımız da öz dədə-baba yurdlarına qayıdacaqlar.
    Çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi mayor Aqşin Xancanov isə ölkəmizdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söhbət açıb. Vətəni göz bəbəyitək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu deyən bölmə rəisi düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığını, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərini, Dövlət Başçımızın rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğunu diqqətə çatdırıb.

    Tərxis olunmuş çağırışçılar adından çıxış edən Zöhrab Həsənov isə göstərilən diqqətə, yaradılan hər cür yüksək şəraitə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıq bildirib.

    Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Silahlı Qüvvələrimizin sıralarından tərxis olunmuş rayon gənclərinə hərbi biletlərini və hədiyyələr təqdim edib.

    Gənclər rayon Məşğulluq Mərkəzi tərəfindən işlə təmin olunmaları üçün qeydiyyata götürülüblər.
    Tədbir ədəbi-bədii kompozisiya və musiqi proqramı ilə başa çatıb.

    Elmar ƏLİYEV
    RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
    müdir müavini – dini qurumlarla işin təşkilatçısı

    Daşkəsəndə hərbi xidməti başa vurmuş gənclərin qarşılanma mərasimi keçirildi - FOTOLAR
    Daşkəsəndə hərbi xidməti başa vurmuş gənclərin qarşılanma mərasimi keçirildi - FOTOLAR
    Daşkəsəndə hərbi xidməti başa vurmuş gənclərin qarşılanma mərasimi keçirildi - FOTOLAR
    Daşkəsəndə hərbi xidməti başa vurmuş gənclərin qarşılanma mərasimi keçirildi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər