“Məhkuma kitab payı” kampaniyası keçirilir - FOTO

“Məhkuma kitab payı” kampaniyası keçirilir - FOTO Bu gündən etibarən Asiya.az saytı və onun rəhbəri Cəfər Cəfərov yeni bir kampaniyaya start verib.

Asiya.az xəbər verir ki, başlanan kampaniyanın adı “Məhkuma kitab payı” adlanır.

Belə ki, bir müddət əvvəl həbsdən çıxan baş redaktor Cəfər Cəfərov həbsxanada cəza çəkən məhkumların maariflənməsi məqsədi ilə onlara kitab göndərmək qərarına gəlib. Bu məqsədlə başlatdığı kampaniya çərçivəsində kitab həvəskarı olan hər kəsə müraciət edərək, ona yardım etməsini xahiş edib. Bununla bağlı sosial şəbəkələrdə müraciət yayımlayan baş redaktor yazıb: “Heç kəsin olmaq istəmədiyi və heç kəsində nə vaxtsa orada olacağından sğortalanmadığı bir məkan var – Cəzaçəkmə müəssisəsi. Orada bir çox əşya var ki, azad həyatda onları əldə etmək elə də çətin deyil. Bu əşyalardan biri, deyərdim ki, birincisi kitabdır.

Cəzaçəkmə Müəssisəsinin kitabxanaları çox kasıbdır. Kənardan kitab, qəzet, jurnal gətizdirmək isə müşkül məsələdir. “Asiya.az” xəbər portalı 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların istəyi ilə “Məhkuma kitab payı” adlı sosial aksiya keçirir. Məhkumlar bir neçə yazıçı və şairdən imzalı kitablarını arzu edirlər. Onların istəyini nəzərə alaraq ədiblərin bəziləri ilə əlaqə saxladıq. Əlaqə saxladığımız ədiblərin çoxu təklifimizə müsbət reyaksiya verib, “Məhkuma kitab payı”nda iştirak edəcəklərini bildirdilər”.

Həmin müraciətdə deyilir ki, aksiyaya ilk qoşulan “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov 70 və “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov isə 40 kitab hədiyyə edib. “Arzusunda olan hər kəs bu aksiyada iştirak edə bilər. Əlaqə üçün 0773002266 nömrəli telefonla əlaqə saxlaya bilər”.

Baş redaktor müraciətinin sonunda Z.Əmənovla özünün kompaniyaya hədiyyə etdikləri kitabların fotoşəklini paylaşıb.


“Məhkuma kitab payı” kampaniyası keçirilir - FOTO

Oxşar xəbərlər