“Son bir ildə islahatların dərinləşməsi prosesi daha da sürətlənib” — İqbal Məmmədov

“Son bir ildə islahatların dərinləşməsi prosesi daha da sürətlənib” — İqbal Məmmədov
  • Hərb

  • Ölkə əhalisi Azərbaycanda son aylarda həyata keçirilən islahatların konkret bəhrəsini görməkdədir.

    Asiya.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İqbal Məmmədov deyib.

    Onun sözlərinə görə, 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra Azərbaycan Prezidenti tərəfindən ölkədə davamlı olaraq iqtisadi, sosial və məhkəmə-hüquq sahəsində islahatların dərinləşdiirlməsi istiqamətdində islahatlar həyata keçirilməkdədir:

    “Bu islahatlar ötən ildən deyil, ümumiyyətlə uzun illərdir Azərbaycanda həyata keçirilməkdədir. Sadəcə son bir ildə islahatların dərinləşməsi prosesi daha da sürətlənib. Məqsəd də Azərbaycanın qarşında duran hədəflərə daha qısa zaman kəsiyində nail olmaqdır”.

    Faktlara istinadən edən deputat bildirib kişəhid , ailələrinə birdəfəlik kompenssasiyanın verilməsi ilə bağlı sərəncam, artıq icra olunmaqdadır. “Bu sərəncam nəticəsində böyük əksəriyyət şəhid ailələrin yaxınları 11 min manatlıq kompenssasiyanı alıb və proses davam edir. Ümid edirəm ki, qısa zamanda bu proses başa çatacaq. Minimum əməkhaqqılarının, pensiyaların, müxtəlif növ sosial müavinət və təqaüdlərin artırlması ilə bağlı verilən fərman artıq qüvvəyə minib və insanlar bundan faydalanmağağa başlayıb.

    İslahatların həyata keçməyən hissəsinin real həyata da effektli formada icrası istiqamətində mexanizmlər hazırlanmaqdadır və qarşıdakı dönəmdə biz bunların şahidi olacağıq”,- İ.Məmədov bildirib.

    O, əlavə edib ki, son dövrlərdə təkcə iqtisadiyyat, sosial, məhkəmə-hüquq sahəsində islahatların dərinləşməsi istiqamətində ciddi addımlar atılmayıb, eyni zamanda cəmiyyəti narahat edən sosial problelərin həlli istiqamətində də inqilabi addımlar atılıb:

    “Cəmiyyəti uzun zaman narahat edən problem kreditlərlə bağlı verilən sənədin icrasına başlanılıb. Artıq aprelin 22-dən etibarən vətəndaşlara kompenssasiyanın verilməsinə başlanılıb. Məhkəmələrdə olan işlər geri qayıdıb, daha vətəndaşlar vaxtlarını məhkəmə çəkişmələrində itirməyəcək. Onlar banklarla danışıqlar nəticəsində kreditlərini devalvasiyadan öncəki şərtlər daxilində ödəycəklər. Bu sahədə imzalanan sənədə görə təkcə 600 mindən artıq insan artıq ödədiyi pulun kompenssasiyasını alacaq. Burada onu xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı dövlət başçısı tərəfindən imzalanan sənəd dünyada analoqu olmayan bir hadisədir. Cəmiyyəti narahat edən digər məsələlərdən bir də çoxmənzilli binaların sənədləşməsinin sadədləşdirilməsi ilə bağlı olan fərman idi. Artıq bu problemin həlli istiqamətində mexanizmlər hazırlanıb və məsələ real həyatda öz əksini tapmaqdadır. Təsəvvür edin, uzun illər daşınmaz əmlakına sahib olmayan vətəndaşlarımız bu sənədin imzalanmasından sonra öz mülkiyyətlərinin tamhüquqlu sahiblərinə çevrilməkdədir. Bundən təkcə vətəndaş deyil, eyni zamanda dövlət də qazanacaq. İnsanlar mülkiyyətlərindən büdcəyə vergi ödəyəcək. Bu isə büdcəyə əlavə gəlirlər deməkdir. Əlavə gəlirlər isə əhalinin daha yaxşı yaşaması deməkdir”.

    İ.Məmədov deyib ki, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən islahatlar nəticəsində ölkənin gəlirləri artıb. “Gəlirlərin artması isə ölkənin aztəminatlı təbəqəsinin sosial müdafiəsini gücləndirməklə yanaşı, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, eyni zamanda mədəniyyət sahəsinin inkişafına yönəldilib. Elə son günlərdə teatr, kino sənayesinin inkişafı ilə bağlı ayrılan vəsaitləri bu siyasətin nəticəsi hesab etmək olar”,- deputat qeyd edib.

    Mürtəza
    Ölkə.Az
    PAYLAŞ:

    Oxşar xəbərlər